“ACSA” qida məhsullarının istehsalında ekskursiyalara başladı
“ACSA” qida məhsullarının istehsalında ekskursiyalara başladı Azersun Holding ilə əməkdaşlıq çərçivəsində ilk səfər Sumqayıt şəhərindəki yağ istehsalı zavoduna baş tutdu. Bu tədbirlərin məqsədi ölkənin kulinariya mütəxəssislərinin bu və ya digər məhsulun istehsal texnologiyası ilə bağlı məlumatını artırmaqdır. Səyahətlər ayda bir dəfədən az olmamaq şərti ilə planlaşdırılır.