Qəbul
QAYDALARI
- İstənilən yetkinlik yaşına çatan Azərbaycan vətəndaşı və ya xarici ölkə vətəndaşı Assosiasiyanın üzvü ola bilər. Assosiasiyaya üzv olmaq üçün əsas “Assosiasiyanın sədri adına Ərizə” dir.
- Ərizəyə xarici vətəndaş olduqda passport, Azərbaycan vətəndaşı olduqda şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır.
- Assosiasiya 4 cür üzv qəbul edir.
- Standart (Senior team) – ərizə vermə zamanı 26 yaşdan yuxarı olan şəxslər. İllik ödəniş – 150 AZN
- Gənc (Junior Team) – ərizə vermə zamanı 26 yaşdan kiçik olan şəxslər. İllik ödəniş – 75 azn
- Korporativ – hüquqi şəxslər üçün. İllik ödəniş – 1200 AZN
- Fəxri – Yalnız “Assosiasiyanın İdarə Heyyəti”nin qərarı ilə
- Ərizə, “Assosiasiyanın İdarə Heyyəti” tərəfindən 15 iş günü ərzində baxılır.
- Müraciətə müsbət cavab verildikdən sonra namizəd bir həftə ərzində Assosiasiyanın hesabına illik ödənişi ödəməlidir. Aşpazlar və Qənnadçılar üçün qəbul olduqdan sonra bir ay ərzində Assosiasiyanın vahid formasını almaq vacibdir.
- “Assosiasiyanın İdarə Heyyəti”, namizədə heç bir izah vermədən imtina cavabı vermək hüququna malikdir.