Qəbul
QAYDALARI
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasına üzvlük qəbulun qaydaları.
- 16 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı, əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Assosiasiyaya Üzv ola bilə
- Assosiasiyaya qəbul haqqında qərar Assosiasiyanın İdarə Heyəti tərəfindən qəbul edilir və Heyət, izahat vermədən imtina etmək hüququnu özündə saxlayı
- Üzvlük üçün müraciətlər elektron formada “Üzvlük üçün müraciət” başlığı ilə [email protected] ünvanına qəbul edilir. Müraciəti burdan yüklə
- Müsbət və mənfi cavablar ancaq Sentyabrın 1-i edilir. Cavablar ACSA-nın rəsmi hesablarında və saytında dərc olunacaq.
- Müsbət cavab verildiyi təqdirdə, Assosiasiyanın yeni Üzvünə ödəniş üçün 14 gün vaxt verilir.
- Assosiasiyaya qəbul haqqı 120 manat təşkil edir (bu məbləğə birinci ilin ödənişi daxildir).
- Növbəti illərdə ödəniş 60 manat təşkil edir.
- Juniorlar (25 yaşına çatmamış üzv) ödənişləri 50% qüzəştlə edirlə
- Şəhid ailələrinin üzvlərivə müharibə iştirakçıları üzvlük və illik ödəişlərdən azad edilirlə
- Üzvlük haqqı ancaq ACSA-nın bank hesabına qəbul olunur. Ödəniş üçün sənədlər, ancaq müsbət cavab verildiyi təqdirdə namizadə
- Yeni Üzv Assosiasiyanın Rəsmi Forması ilə (kittel) təmin edilir. Forma Assosiasiyanın mülkiyyətindədir və Üzv Assosiasiyanın tərkibindən çıxdıqda və ya xaric edildikdə, Formanı utilizasiya üçün Assosiasiyaya geri vermə
- Assosiasiyanın Rəsmi Formasının dəyişdirilməsi, üzərinə loqotip və digər elementlərin tikilməsi qadağandı
- Assosiasiyanın loqotipinin gündəlik işçi formasına istənilən qaydada tətbiq edilməsinə icazə
- Assosiasiyanın Üzvü Assosiasiyanın rəsmi tədbirlərində Rəsmi Formada iştirak etmə Tədbirlərdə Rəsmi Formanı yalnız qara şalvar və qara ayaqqabı ilə geyinməyə icazə verilir.
- Assosiasiyanın Üzvü aşağıdakı səbəblərə görə Assosiasiyadan xaric edilə bilər:
- Qanuna və ya ümumi qəbul edilmiş əxlaq normalarına uyğun olmayan hər hansı bir hərəkəti aşkarlanarsa;
- Hərəkətləri Assosiasiyanın və ya Assosiasiyanın digər üzvlərinin imicinə xələl gətirərsə;
- Üzrlü səbəb olmadan Assosiasiyanın rəsmi tədbirlərində iştirakdan imtina edərsə;
- 3 aydan artıq müddətdə üzvlük ödənişini etmirsə.
- İş yerinin dəyişdirilməsi və ya itirilməsi halında Assosiasiyanın Üzvü 30 təqvim günü müddətində Assosiasiyaya bu haqda xəbərdarlıq etmə
Assosiasiyaya üzvlük müraciətinin təqdim edilməsi, yuxarıda göstərilən qaydalarla avtomatik razılaşmanı təsdiq edir.