KOBİA-da İclas. Aşpazlara yardım məsələsi qaldırıldı.
Martın 18-də KOBİA-da (Kiçik və Orta Biznes İnkişaf Agentliyi) ictimai iaşə bazarının iştirakçıları ilə təcili iclas keçirildi. İclasda iaşə obyektlərinin rəhbərləri və sahibləri, habelə əlaqəli sahələrin nümayəndələri iştirak ediblər. Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasını, mətbəx işçilərinə yardım məsələsini qaldıran Fərhad Aşurbəyli təmsil etdi.
Assosiasiyanın təkliflərindən biri restoranların / otellərin bağlanmasına görə ödənilməyən məzuniyyətə göndərilən və ya işdən azad olunan aşpazlara yardım paketidir. Yardım paketinə bunları daxil etmək təklifi edildi: müxtəlif sosial ödənişlər hesabına qismən kompensasiya, bank kreditləri üzrə ödənişlərə möhlət vermək və kommunal xidmətlərin ödənişlərinə möhlət.
Assosiasiyanın təklifləri, tətbiq olunma ehtimalını qiymətləndirmək üçün yuxarı qurumlara təhvil veriləcəkdir.
Ayrıca, ictimai iaşə obyektlərinin sahibləri və müdirləri mövcud vəziyyətlə əlaqədar KOBİA rəhbərliyindən kömək istədilər. Ən çox qaldırılan suallar vergi və kommunal xidmətləri, icarəçilərlə münasibətlər və təbii ki, işçilərə maaşların verilməsində yardım məsələsi ilə bağlı idi.
Assosiasiya qanunsuz işdən azad edilməsi halları barədə dərhal [email protected] elektron poçtuna məlumat verməyi xahiş edir.