ACSA Sədrinin Kulinariya Cəmiyyətinə Müraciəti!
Hörmətli Həmkarlar!
Ölkəmiz, bütün dünya kimi, təhlükəli koronavirus COVID-19 pandemiyası ilə əlaqəli böhranın nəticələrini yaşayır. Respublikanın Höküməti bu təhlükəli xəstəliyin qarşısını almaq üçün bütün mümkün addımları atır və biz, ölkəmizin vətəndaşları olaraq, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın göstərişlərini dəqiq yerinə yetirməliyik.
Təəssüf ki, karantin məhdudiyyətləri, ilk növbədə, qonaq olmaması səbəbindən ciddi itkilərə məruz qalan ictimai iaşə obyektlərinə təsir etdi. Biz vəziyyətə rəğbətlə yanaşırıq və sahibkarları bütün var gücümüzlə dəstəkləməyə hazırıq. AMMA! Aşpazlardan, sahibkarların nəinki qanuna, həm də elementar vicdana zidd hərəkətləri ilə bağlı çox sayda şikayət almağa başladıq! İşçilərə təzyiq faktları getdikcə artmaqdadır, sahibkarlar könüllü işdən azad olma haqqda ərizələri yazmağı tələb edirlər. Bəzi işçilərin hələ də heç bir müqaviləsi olmadığı faktları üzə çıxmağa başladı. Bizim üçün məyusedici hallardan biri də bəzi sahibkarların, işçiləri işə götürərkən nadürüst metodlardan istifadə etmələri və işçilərin işə götürülərkən (boş tarixlə) işdən azad olma haqqda ərizə yazmalarına məcbur etmələri idi. Bu, tamamilə yolverilməzdir və biz, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası olaraq, bu cür faktlar barədə məlumatların toplanması və sonradan bu məlumatlarla müvafiq qurumlara müraciət etmək üçün əlimizdən gələni edirik.
Assosiasiyamızın üzvü olub olmamağınızdan asılı olmayaraq, bizim tərəfdən əlimizdən gələn dəstəyə və hüquqşünasımızın məsləhətlərinə etibar edə bilərsiniz. Xüsusilə belə hallar üçün “qaynar xətt” fəaliyyət göstərir, eləcə də probleminizi təsvir edən bir məktub yazıb əlaqə nömrələrinizi [email protected] ya da 0773323223 (Fərhad Aşurbəyli) WhatsApp vasitəsilə göndərə bilərsiniz.
Hörmətlə,
“Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası”
İctimai Birliyinin, sədri
Orxan Muxtarov