ACSA USAİD qrantı almaq üçün müraciət etdi
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant müsabiqəsində iştirak edir.
Agentliyə Respublikanın bölgələrində davamlı təhsilin inkişafı layihəsi üçün müraciət təqdim edilmişdir. Assosiasiya, lazımi istiqamətdə hərəkət edib yerin dəyişə biləcək, səyyar kulinariya məktəbinin yaradılması və istismarı üçün maliyyələşdirməyə iddia edir. Lazımi yerə çatdıqdan sonra məktəbin işlək vəziyyətə gəlməsi üçün bir neçə saat lazım olacaq.
Planda Respublikanın bölgələrində işləyən aşpazların ixtisasını artırmaq üçün ustad-dərsləri, gənclər ilə iş, habelə qastronomiya və aqroturizm sahəsində çalışan insanlar üçün müxtəlif ustad-dərsləri də yer alır.