Baxmağınıza gərək olan, yemək haqqda 5 yeni serial
Amerikanın əyləncə kanalı olan Netflix üçün yemək hələ də əsas mövzulardan biridir.
Ugly Delicious 2 (“Dəhşətli Dadlı”)
Martın əvvəlində, baş qəhrəmanı məşhur Amerikalı aşpaz və restorator Devid Çanq olan “Ugly Delicious” sənədli seriyalının ikinci mövsümü yayımlandı. Yeni mövsümdə cəmi dörd bölüm var, amma onların hamısı dünyanın müxtəlif yerlərində çəkilib: İstanbul, Mumbay, Sidney, Tokio. Serialın pərəstişkarları üçün təəccüblü bir sürpriz ilk seriyadır, David və yoldaşı Qreys ilk övladlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirlər və eyni zamanda uşaqlar üçün tanımadığları yemək dünyasını araşdırırlar. Digər bölümlərdə Çanq və həmkarları, türk, hind, ərəb və İran mətbəxlərini öyrənib, inanılmaz dərəcədə çox yeməklər dadırlar. Çanq əmindir ki, yemək – fərqli ölkələrdə yaşayan insanları birləşdirə və barışdıra bilən universal bir dildir.
Ugly Delicious 2 şousunda Devid Çanq
The Chef Show (“Aşpazlar Şousu”)
Hollywood rejissoru və aktyoru Con Favro və Koreyalı-Amerikalı aşpaz Roy Çoy, “Aşpazlar Şousu”-nun yeni bir epizodunu çəkmək üçün Las Veqas ətrafında yerləşən mətbəxə qayıtdılar. Yemək haqqında çox şey bilən insanlar, yemək almaq və danışmaq üçün onların yanına gəlir, məsələn, “Oskar” mükafatının baş aşpazı Volfqanq Pak. Aparıcılar və qonaqlar nəinki söhbət edir, gülür, yeyir və zarafatlaşırlar eləcə də, yemək hazırlayırlar.
The Chef Show şousundan kadr
Uncorked (“Açılmışlar”)
Ata və oğul mübahisəsi ilə başlayan yeni bir Amerika dramı. Mübahisə mənbəyi – qrildə olan qabırğadı, mübahisə yeri – Memfidəki ailəvi yeməkxanadır. İşdən sonra oğul nahar edərkən yaxınları ilə somelye olmaq barədə planlarını bölüşür. “Düşünürdüm ki, bir şərabaçanın həyatını pozmağına imkan verməyəcəksən” – atası onun etirafını yekunlaşdırdı.
Bu hər kəsdə rezonans doğuracaq yaxşı oynanılan əla bir filmdir. “Ümid edirəm ki, tamaşaçılar, aralarında münasibətlərin nə qədər mürəkkəb olmasına baxmayaraq, ailə üzvləri ilə ünsiyyət qurmağın nə qədər vacib olduğunu başa düşəcəklər, xüsusən də atalar və oğullar arasında. Kişilər çox vaxt duyğularını və hisslərini daxilində saxlayırlar, ürəklərinə yaxın olan yerdə. İstəyirəm ki, film onları bir az daha çox ürəklərini aşmağına kömək etsin ” – Filmin rejissoru Prentis Penni dedi.
Uncorked filmindən kadr
Flavorful Origins (“Ətirli Yaranış”)
Bu şounun ikinci mövsümünə baxmaq üçün xarici dili bilmək lazım deyil. Bu filmə baxmaq demək olar ki, meditasiyadır, o qədər yüksək keyfiyyətlidir. Şounun ikinci mövsümü ötən ilin oktyabrından Netflix-də olsa da, indi zamanda onu izləmək xüsusilə faydalıdır. Film həm sakitləşdirir, həm də Asiyanın qastronomik mədəniyyəti ilə tanış edir. Axı aydındır ki, yarasaların şorbası ilə yanaşı, Çin mətbəxində çox sağlam, təhlükəsiz və ləzzətli yeməklər də var.
Flavorful Origins filmindən kadr
Restaurants on the Edge (“Kənar Restoranlar”)
Bu yeni sənədli filmin adı – söz oyunudu: dünyanın kənarında olan ya müflisləşmənin kənarında olan restoranlar? Üç qida və dizayn eksperti yerli kulinariya ənənələri və inanılmaz mənzərələri olan məkanların köməyi ilə iflas edən restoranları xilas etmək üçün dünyanı gəzir: bəzi restoranlar dəniz kənarında, digərləri gölün sahilində və ya dağlarda yerləşir. İlk mövsümdə altı bölüm var. Birinci seriyada aparıcılar, dəniz məhsulları alışından tutmuş otaq dizaynına qədər bir çox işdə səhv edən, keçmiş futbolçunun kafesini xilas etmək üçün Maltaya yola düşürlər.
Restaurants on the Edge filmindən kadr