İtalyalı nənə karantin vaxtı, makaron bişirmə üzrə onlayn-dərslər keçir
Son bir neçə ildə İtaliyada yaşayan 84 yaşlı Nonna Nerina, əsl İtalyan pastasını necə bişirməyi öyrənmək üçün, yaşlı qadın yanına dünyanın hər yerindən gələn səyahətçilər arasında avtoritet qazanmışdır. Lakin İtaliyada karantin elan edildikdə, qadın makaron bişirmə bacarıqlarını hər kəslə bölüşmək üçün alternativ üsullar axtarmalı oldu və nəvəsi Kyare Nikolanti, onlayn dərslər təşkil etmək fikrinə düşdü. Nonna Live adlı virtual təcrübə iki saat davam edir və 50 dollara başa gəlir. Dərsdən əvvəl, bütün iştirakçılara məhsulların və lazımi alətlərin siyahısı, həmçinin ustad-dərsin keçiriləcəyi vaxt göndərilir. Nəvəsi, dediklərini italyan dilindən ingilis dilinə tərcümə edərək nənəsinə kömək edir və makaron məmulatlarını bişirməkdən əlavə, iştirakçıları onlayn dərslərdə musiqi, rəqs və maraqlı söhbətlər də gözləyirlər.