Korporativ
ÜZVLÜK
Korporativ üzvlük hüquqi şəxslərin Assosiasiyanın həyatında könüllü iştirak etməsidir. Korporativ üzvlər restoran-otel və ərzaq bazarlarına yaxın sahələrdə fəaliyyət göstərən hüquqi şəxslər ola bilərlər. Assosiasiyaya korporativ üzv olmaq Üzvlərə geniş imkanlar verir, xüsusən:
- Assosiasiyanın bütün qeyri-kommersiya layihələrində ödənişsiz iştirak
- Assosiasiyanın keçirdiyi bütün kommersiya tədbirlərində iştirak etmək üçün endirimlərin əldə edilməsi
- Assosiasiyanın loqotipini bütün reklam materiallarında istifadə etmək imkanı
- Assosiasiyanın informasiya mənbələrində pulsuz nəşr şəklində peşə fəaliyyətlərinə dair informasiya dəstəyini əldə etmək (ildə 4 dəfədən çox olmamaqla)
- Assosiasiyanın aparıcı mütəxəssislərindən pulsuz ekspert və məsləhət köməyi almaq (ildə 2 dəfədən çox olmamaqla)
- İşçi heyətinin tapılmasında yardım (restoran və otel sektoru olduqda)
- Sahədə bu və ya digər məhsul istehsalı ilə tanışlığın təşkili (qida və ya digər məhsul istehsalçıları olduqda)
- Assosiasiyanın fəaliyyətdə olan üzvləri, aşpazlar və qənnadçılara məhsulların sınaq nümayişi imkanı
Bununla yanaşı başqa imkanlar. Assosiasiyanın Korporativ Üzvünün nümayəndəsi Assosiasiyanın Müşahidə Şurasına həvalə olunur. Assosiasiyanın Müşahidə Şurası – Assosiasiyanın Büdcəsinin xərclənməsinə nəzarət edən qurum, ildə bir dəfə “Assosiasiyanın fəaliyyəti haqqında hesabat” vermək üçün çağırılır. Assosiasiyaya üzv olmaq üçün zəruridir:
- Assosiasiyanın Sədrinə ərizə ilə müraciət etmək (aşağıda mətn)
- Hüquqi şəxsin nizamnaməsinin surətini əlavə etmək
- 1200 manat olan illik ödənişi ödəmək
Ərizənin nümunəsi Ərizə Hüquqi Şəxsin rəsmi blankında olmalıdır.
“Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai
Birliyinin Sədri
Cənab Orxan Muxtarova
Hörmətli Orxan bəy! Yazıb sizdən xahiş edirik ki, “Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinə Korporativ üzvlüklə bağlı namizədliyimizi nəzərdən keçirərsiniz. Direktor (Ad, Soyad) İmza, möhür, tarix. Müraciətlər üçün e-poçt – [email protected]