Mətbəx interyeri 500 ilə necə dəyişdi
Dəb yalnız paltarda deyil, həm də mənzil dizaynında dəyişir və bu xüsusilə mətbəxə aiddir. Bir zamanlar onun ayrılmaz hissəsi soba idi, indi isə bizdə plitə, soyuducu və həyatı asanlaşdıran bir çox başqa cihazlarımız var.
HomeAdvisor dizaynerləri 5 əsr ərzində mətbəx üslublarının tədricən necə dəyişdiyini göstərdilər. Bu layihənin yolu 1520-ci ildə İngiltərədən başlayır, sonra Amerikaya keçid alır və beləcə 2020-ci ilə qədər. Layihədə onlar öz xəyallarına əsaslanmırdılar: nəticənin dəqiq olması üçün tarixçilərlə məsləhətləşdilər.
16-cı əsr Tudorların mülkünün mətbəxi (1520-1620)
Ocaq, mis və qalay bir ərintidən hazırlanmış qazan, metaldan hazırlanmıç tava və qazan – bunları 16-cı əsrin mətbəxində tapa bilərdiniz. Eləcə də xəmir yoğurmaq üçün ləyən və əlbəttə ki, odun görə bilərsiniz.
17-ci əsr Sonuncu Stuartlar dövrü (1680-1720)
Mətbəx şkafı meydana gəldi – sadə evlərin də bunu almağa imkanı var idi. Keramik qablar – bu da şəhərdə rast gəlinən hallardan idi. Ocaq da bir neçə onillik ərzində dəyişdi: artıq o odun əvəzinə kömürdən yanırdı. Onun üstündəki qəribə cihaz isə, təxminən yarım saat ərzində əl əməyi olmadan ocağdakı şişi fırladan mexaniki manqal idi.
18-ci əsr Kolonial Uiliamsburq mətbəxi (1720-1780)
Mətbəx tərzinin tədqiqi Amerikaya keçdi. Bu otaqda artıq stullara rast gələ bilərsiniz, ilkin variantlarda taburet və skamyalar idi. Ocaq də dəyişildi, rəflərdə isə çoxlu saxsı qablar var və o bəzəkli (dekorativ) deyil.
19-cu əsr Viktorian dövrü mətbəxi (1870-ci illər)
İndi soba və ya plitə artıq evin bir hissəsi deyil, ayrıca bir qurğudur. Mətbəx şkafları daha çox müasirlərə bənzəməyə başladı və bir də əlüzyuyan ortaya çıxdı.
20-ci əsr Lazım olan hər şey ilə təchiz olunmuş mətbəx (1960-cı illər)
Təmizliyi asan şəkildə qorumaq üçün elektrik qurğuları, döşəmədəki linolium, boyalı və ya laminatlı səthlər, bu mətbəxdə vaxta qənaət etmək üçün hər şey var. Paslanmayan poladdan hazırlanmış tavalar minimal qulluq tələb edir. Dizayner qabları ortaya çıxdı. Yemək bişirmək yalnız zərurət deyil, həm də əyləncəyə çevrilmişdir.
21-ci əsr dizayn mətbəxi (2020-ci il)
Minimalizm, quraşdırılmış panellər, dizayn həlləri – mətbəx yalnız yemək üçün deyil, həm də ünsiyyət üçün bir yerdir. Dəbdə sadəlik və tərzdir.