Mikrodalğalı sobada tərəvəzləri necə bişirmək olar
Mikrodalğalı sobaya öyrəşmişik, şorba qızdırmaq və ya isti sendviçlər hazırlamaq. Lakin mikrodalğalı soba daha çox şeyə qadirdir. O, keks, qatlaşdırılmış süd və hətta tərəvəzləri belə bişirə bilər. Tərəvəzləri necə bişirmək haqqda sizə xəbər verəcəyik.
Birincisi, mikrodalğalı sobada tərəvəz hazırlamaq üçün ümumi bir tövsiyə. Hazırlanmış tərəvəzləri bir lay şəklində boşqabın üzərinə qoyun və nəm kağız dəsmalla örtün. Tərəvəzdən və onların hazırlanma vaxtından asılı olaraq mikrodalğalı sobaya maksimum dərəcədə 2,5- 6 dəqiqə bişirin.
Bu üsul daha az vaxt tələb edir və üstəgəl tərəvəzlər lazımi dərəcədə bişir, bütün faydalı xüsusiyyətlərini, dadını, rəngini qoruyub saxlayır və bu xüsusən yaşıl tərəvəzlər üçün vacibdir.
Populyar tərəvəzlərin mikrodalğalı sobada hazırlanması və bişirilməsi
Qulançar (sparja)
Qulancarın sərt ucların kəsin (dibindən təxminən 2-3 sm). Gərək varsa qabığını ortadan aşağıya doğru istiqamətdə, asta şəkildə soyun.
Brokkoli
Gül hissəsini hissələrə ayırın. Gövdəsini təmizləyin və xırda-xırda doğrayın. Gövdə hissəsi də yeməlidir lakin, gül hissəsindən daha çox bişirilməlidir.
Brüssel kələmi
Kənarlarındakı sarı yarpaqları və sərt olan yerlərin kəsin.
Gül kələmi
Gül hissəsin orta hissələrə ayırın.
Yumru kərəviz
Mütləq qaralmış yerlərin kəsin və təmizləyin. 2-4 hissəyə bölün və 1-1,5 sm qalınlığında xırda doğrayın.
Qarğıdalı
İki növ bişirilmə qaydası var. 1. Yaşıl yarpaq hissəsin də çıxartmadan bütöv şəkildə bişirmək. Ölçüsündən və sobanın tutumundan asılı olaraq 1 qarğıdalı üçün təxminən 4 dəqiqə olmaqla hazırlayın. 2. Əvvəlcə qarğıdalını dənlərə ayırıb sonra mikrodalğalı sobada bişirilməsi üçün uyğun olan bir qaba yaxud kasaya qoymaq lazımdır. Hər 30 saniyədən bir qarışdırmaq şərti ilə 1,5-2 dəqiqə bişirin.
Yaşıl lobya
Lobyanın qıraqların kəsin.
Dondurulmuş yaşıl noxud
Noxudu əvvəlcədən əritməyə ehtiyac yoxdur. Bir boşqaba və ya kasaya qoyun və üstün örtmədən mikrodalğalı sobaya yerləşdirin. Hər 30 saniyədən bir qarışdırmaq şərti ilə 1,5-2 dəqiqə bişirin.
Qabaq (tsukini)
1 sm qalınlıqda yumru şəkildə doğrayın.
Mənbə: gastronom.ru