Nüsrət Səlimov Lənkəran və Yapon mətbəxini sintez etdi.
ACSA üzvü olan, məşhur Lənkəran aşpazı, Xazar Palace otel mətbəxinin rəhbəri Sitrus Festivalında kulinariya yeniliklərini təqdim etdi.
Klassik Lənkəran reseptlərini və Yapon mətbəxini sintez edərək, milli mətbəxin yeməklərindən hazırlanan yapon üslublu rollarla təəccübləndirdi: balqabaq və hisə verilmiş balıq, ləvəngi və çölmə aş.
Assosiasiyamız belə eksperimentləri və yenilikləri alqışlayır və Nüsrət Səlimova eyni həvəslə davam etməyi arzulayır!