Qanunsuz olaraq işçilərini işdən çıxaran restoranlara dövlət dəstəyi verilməyəcək.
Məhs bu cür ifadələri, dövlət qurumlarının nümayəndələri ictimai iaşə sektorunun problemlərinə həsr olunmuş iclasda səsləndiriblər.
KOBİA tərəfindən təşkil olunan, Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Sahibkarlar Konfederasiyası və İqtisadiyyat Nazirliyinin iştirakı ilə iclas martın 25-də Landmark otelində keçirildi. İclasda böyük restoran, otel və əyləncə mərkəzi şəbəkələrinin sahibləri və menecerləri iştirak etdilər.
Sektorun problemləri müzakirə edildi və mümkün kompensasiya və biznesə yardımla bağlı bir sıra təkliflər irəli sürüldü.
Assosiasiyanı iclasda, Orxan Muxtarov və Fərhad Aşurbəyli təmsil etdi. Assosiasiya, hər iclasda olduğu kimi, aşpazların iş yerlərinin qorunub saxlanılmasını və qanunsuz işdən azad olunmalarına nəzarət edilməsini tələb edir.
Xatırlatmaq istərdik ki, Assosiasiyada aşpazların sahibkarlar tərəfindən qanunsuz hərəkətləri olduqda, əlaqə saxlaya biləcəyi “qaynar xətt” mövcuddur! Qaynar xətt: e-mail: [email protected], WhatsApp: 077 3323223 (F. Aşurbəyli)