Assosiasiyanın

FORMASI

“Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası”nın üzvü olan aşpazlardan Assosiasiyanın “Rəsmi geyim” dəsti tələb olunur.

Dəstə aşağıdakılar daxildir:

  • Kitel

Kiteldə təsdiq edilmiş dizaynda göstərilməyən hər hansı bir naxış, işarə və ya loqo yerləşdirmək qadağandır. Rəsmi geyimdə yalnız Azərbaycan Respublikasının bayrağı, Assosiasiyanın loqosu, Chefs.az loqosu, forma sahibinin adı və soyadı yerləşdirilə bilər. Bütün elementlər sxemdə göstərilən qaydada yerləşdirilməlidir. 

  • Qara şalvar

 Klassik qara şalvar – rəsmlər, naxışlar və digər bir şeylər olmadan. Qara rəngli cins məqbuldur, lakin sadəi materiallara üstünlük verilir.

  • Qara Ayaqqabı

 Rəsmi tədbirlərdə və beynəlxalq çempionatlarda ayağı tamamilə örtməyən ayaqqabı (sandalet) və ya rəngli ayaqqabı geyinmək qəbuledilməzdir.

  • Aşpazın ağ papağı

Papaq yalnız yarışlarda və Assosiasiyanın rəsmi foto çəkilişlərində vacibdir. Qapaqda Assosiasiyanın loqosunu yerləşdirməyə icazə verilir, lakin tələb olunmur.

Assosiasiya üzvünün iş formasında loqonun yerləşdirilməsinə icazə verilir.

Assosiasiyanın loqosunu burdan yükləyə bilərsiniz

Chefs.az loqosunu burdan yükləyə bilərsiniz