ACSA sədrinin bayram müraciəti
Əziz həmkarlar, dostlar, təşkilatımızın üzvləri və ölkəmizin bütün vətəndaşları.
Keçmiş bayramınızı təbrik edirik və yeni 2020-ci ildə sizə uğurlar arzulayırıq. Keçən 2019 il peşəmizdə böyük islahatlarla yadda qaldı və bu yeni ildə də davam edəcək. 2019-cu ildə, uzun illər ərzində ilk dəfə olaraq, Azərbaycanın gənc mətbəx mütəxəssisləri birləşərək yeni bir kulinariya assosiasiyası yarada bildilər. Gələcəkdə Assosiasiya olan təşəbbüs qrupumuz, Azərbaycan Kulinarlarının Birinci Konqresini, Azərbaycanın Birinci Aşpazlar Kuboku – “Chefs Cup”ı keçirə bildi. Son bir ildə Assosiasiyamız ölkəmizi və mətbəximizi beynəlxalq yarışlarda, Paris, Frankfurt, Moskva, Arxangelsk, Monteneqro, Makedoniya, Abud-Dabi və s. ölkələrdə təmsil edib, müxtəlif beynəlxalq yarışlardan qızıl, gümüş və bürünc qazanıb. Üç nümayəndəmiz Ümumdünya Kulinariya Təşkilatı – “WACS”ın hakimləri üçün təlim seminarına qatıldı və yaxın gələcəkdə imtahandan uğurla keçdikdə, uzun illər ərzində bunu edə biləcək yeganə həmvətənlərimiz olacaqlar. 2020-ci il qastronomiya dünyasında baş verən hadisələrlə eyni dərəcədə zəngin olacaq və hər kəsi kənarda qalmamağa çağırırıq. Yeni ildə hər birinizə bütün sahələrdə uğurlar arzulayırıq!
Assosiasiyamızın üzvləri adından təşəkkür edirik:
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və AZPROMO sənayemizin dəstəklənməsi və inkişafı və müxtəlif ölkələrdə milli mətbəx təqdimatlarının təşkili üçün.
Azersun Holding şirkəti və onun bütün brendlərinə Azərbaycan aşpazlarının Birinci Çempionatının təşkili və Assosiasiyaya misilsiz dəstəyinə görə.
Absheron Hotel Group, @PMD Hospitality, Titan Group, Kapital Bank, PASHA Travel Azerbaijan, Bosch – Optimal, PORLAND, www.1NEWS.az, İctimai Televiziya və Radio Yayımları Şirkəti və işlərimizi dəstəkləyən başqa şirkətlərə.
Azərbaycan Hava Yolları – AZAL əvəzsiz dəstəyə görə xüsusi minnətdarlıq, onlar olmasa bir çox tədbirləri təşkil edə bilməzdik.
Təbii ki, Caspian Event Organisers bizə inandığına və bundan sonra da bizə inanmağa davam etdiyinə görə böyük təşəkkürlər.
Hörmətlə, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının Sədri
Orxan Muxtarov