Təcrid zamanı, məhsulların atılmaması üçün onların saxlanılması haqqında 10 layfhak
Əvvəllər işdən evə gələrkən ən azı hər gün mağazaya girə bilirdiksə, bu gün karantin reallıqlarına uyğunlaşmalıyıq. Bir həftə əvvəldən aldığınız məhsulları necə düzgün saxlamağınızı izah edəcəyik.
Lazım olandan artıq almayın
Lazım olan bir şeyi saxlamaq üçün əvvəlcə lazımsız hər şeyi atmalısınız. Buna görə, ilk növbədə soyuducu və meyvə-tərəvəz səbətləriniz varsa onları, vaxtı keçmiş və xarab olmuş məhsullardan təmizləyin. Mağazaya getməzdən əvvəl, bir həftəlik menyunu və onun üçün lazım olan ərzaqların siyahısını tərtib edin: beləliklə siz büdcədən kənara çıxmayacaqsınız və sonra heç bir məhsulu atmağa gərək olmayacaq.
Konservləşdirilmiş məhsullar ehtiyyatı yaradın
Evdə hər zaman toxunulmaz konservləşdirilmiş qida ehtiyyatının olması yaxşıdır: uzun müddət, soyuducusuz və az yer tutumaqla qala bilərlər. Tuşonka (pörtləmə) 5 ilədək saxlanıla bilər, əksər konservləşdirilmiş balıqların da saxlanma müddəti iki ilədəkdir, konservləşdirilmiş meyvə və ya tərəvəzlərin saxlanma müddəti isə 3 ilədəkdir. Əlbəttə ki, konservləşdirilmiş qidaların istifadəsini saxlanma müddətinin bitməsinə qədər uzatmağa gərək yoxdur çünki, məhsulun dadı və rəngi bir az dəyişə bilər, amma dəqiq onlardan zəhərlənməyəcəksiniz.
Yarmalar və Makaronlar
Nişasta tərkibli hər hansı bir məhsullar da yaxşı və uzun müddətli saxlanılır: makaronlar, yarmalar, paxlalılar, un. Sonuncu ən incədir: onun saxlanılması üçün olduqca sərin və olduqca quru bir yerin olması lazımdır və bu halda o yarım ilədək saxlanıla bilər. Unu kağız torbadan germetik şəkildə bağlanan bir qaba tökmək daha yaxşıdır (ən yaxşısı plastik və ya şüşədən olan və kifayət qədər sıx qapağı olan) onda cücülər əmələ gəlməyəcək, əmələ gəlsələr də digər yarmalara keçməyəcəklər. Düyü və paxlalılar digər yarmalardan çox saxlanılır – 2-3 il, lakin bütün nişastalı qidalar arasında lider makarondur, xüsusən də sərt buğda növlərindən ibarət olanlar. Görünüşünü və qida dəyərini itirmədən, beş ilə qədər saxlanıla bilərlər. Düşünmədən almaq olar.
Meyvə və Tərəvəzlər
Təbiətin bəxş etdiyi nemətlərin saxlanılması haqqda bilməli bir neçə vacib şey var. Birinci növbədə yenə də onların saxlanılmasına, müddəti bitmiş məhsulların atılması ilə başlamaq lazımdır: bir çürük alma qalanların da korlaya bilər. İkincisi, bütün tərəvəz və meyvələri şərti olaraq iki qrupa bölmək olar: etilen qazı ifraz edən və ondan yetişən, və etilen qazı ifraz etməyən lakin ondan tez xarab olanlar (* məqalənin sonundakı cədvələ baxın). Üçüncüsü, bütün meyvə və tərəvəzlər soyuducuda saxlanılmamalıdır. Soyuducusuz banan, balqabaq, kartof, pomidor, xiyar, bibər, badımcan və paxlalılar mükəmməl qala bilər.
Ət
Əti vakuum paketində deyil, çəki ilə almış olsanız, onu cunaya bükün və soyuducunun ən soyuq rəfinə qoyun. Mal əti üç-dörd gün belə saxlanıla bilər, donuz əti və quzu – iki gün, sadəcə hər gün cunanı dəyişdirmək lazımdır. Bu müddət ərzində ət daha yumşaq və dadlı olacaq. Çox ət almış olsanız, artıq qalan əti dondursanız yaxşı olar, həcmcə rahat olan bir neçə tikəyə bölərək, bir neçə qat streyç paketinə bükün. Streyç paketinin son qatına dondurulma tarixini və ətin hansı tikəsinin olmasını yazın.
Yumurtalar
Əlbəttə ki, yumurta otaq temperaturunda saxlanıla bilər, ancaq mağazada soyuducuda olanları seçmək daha yaxşıdır. Adi toyuq yumurtaları təxminən 3-4 həftə 20 ° C-yə qədər temperaturda, soyuducuda isə üç ay saxlanılır! Amma onları soyuducunun qapısında saxlamamaq vacibdir: burdakı temperatur soyuducunun daxilindəkindən biraz yüksəkdir və açılıb- bağlandıqda daimi hərəkət səbəbindən yumurtanın ağına təsir göstərir.
Göyərti
Şüyüd, cəfəri, keşniş və digər göyərtələri mümkün qədər canlı saxlamaq əsl sənətdir. Əvvəlcə göyərti yaxşıca yuyulmalı, sonra kağız dəsmal ilə qurudulmalı və təmiz bir parçaya bükülüb, soyuducuya qoyulmadır. Hava keçirməyən bir qaba və ya plastik torbaya göyərti qoyula bilməz – bütün bu otlar epilen ifraz edir və “nəfəs almalıdır”. Reyhan isə aşağı temperaturu sevmir, buna görə onu suyla dolu qaba, masaya və ya pəncərə rəfinə qoymaq daha yaxşıdır. Eləcə də göyərtinin üzərinə bitki yağı töküb, onu bu şəkildə soyuducuda saxlaya bilərsiniz. Otlar solmağa başlayan kimi onları dondurun – belə onları sonra da istifadə edə bilərsiniz.
Çörək
Çörəklərin saxlanmasında əsas bir qayda var – yalnız soyuducuda deyil! Babalarımız əbəs yerə çörəyi xüsusi çörək qutusunda saxlamayıblar: çörək qaranlıq, quru hava və otaq temperaturunu sevir. Çörək qutusu yoxdursa, saxlama üçün kağız paketdən istifadə edin. Soyuducuda çörək nəinki tez köhnəlir, həm də ləzzət və ətir keyfiyyətlərini itirir. Daha bir layfhak: çörəyi dondurub bir müddətdən sonra isə isitsək o heç xarab olmayacaq!
Pendir və Kolbasa
Bu iki məhsul soyuducuda uzun müddət saxlanılmasını tələb edir, ancaq onları paketdə deyil, perqamentdə saxlamaq daha yaxşıdır – onlar “nəfəs almalı”dırlar. Beləliklə məhsulların səthindəki nəm buxarlanır və yapışqan bir səthə çevrilmir. Zavod qablaşdırması açıldıqdan sonra, növündən asılı olaraq kolbasa 1-2 həftə ərzində istehlak edilməlidir. Eyni şey pendir ilə də: yumşaq və cavan pendirin (mozarella, strachatella) saxlanma müddəti də az olacaq. Yarım sərt pendirlər təxminən bir ay saxlanılır və yetkin olanlar bir ilədək gözləyə bilərlər.
Yemək qalıqları
Yemək qalıqlarını atmayın, əksinə onları imzalı tarixlə folqa və ya şəffaf qabda soyuducuda saxlayın. Hazır yeməklər 2-3 gün saxlanıla bilər. Yeməyi bitirə bilməyəcəyinizi hiss edirsinizsə – dondurun.
*Meyvə və tərəvəzlərin saxlanma cədvəli
Yetişərkən etilen ifraz edən | Etilen qazından xarab olanlar |
Ərik, şaftalı, gavalı yetişənə qədər otaq temperaturunda saxlanılmalı, sonra soyuducuya qoyulmalıdır. Əgər meyvələr çoxdursa, onları dondurun. | Qulançarı (sparja) soyuducunun ən soyuq yerində saxlayın, gövdələrinin uclarını nəm bir dəsmala bükün və ya çiçəklər kimi suya qoyun. |
Kəsilmiş avokadonun qaralmaması üçün onu streyç paketə bükün və ya vakuum torbasına yığın. Kəsilmiş meyvənin üzərinə zeytun yağı sürtün,bu onun rəngini daha uzun müddət saxlayacaq | Brokkoli, müxtəlif növ kələm, pırasa, soyuq qutularda və ya deşikləri olan plastik torbalarda saxlayın ki, etilen çıxa bilsin. |
Bananları yetişənə qədər otaq temperaturunda saxlayın. | Latuk-salatda böcəklərin olub olmadığını yoxlayın. Sonra yarpaqların yuyun, salat qabına qoyun, bir neçə qat qatlanmış mətbəx dəsmal ilə örtün və paket streyçlə sarın. |
Pomidorları 13 dərəcədən yuxarı temperaturda saxlayın. Lakin çox yetişmiş olanları soyuducuda saxlamaq daha yaxşıdır. | Soğanı sərin, quru yerdə, birbaşa günəş şüalarından uzaq saxlayın. Soğan hava dövranı zamanı daha yaxşı saxlanılır, buna görə də onları torda asmaq daha yaxşıdır. Soğanı kartofun yanında saxlamayın, çünki kartof nəm və etilen buraxır və soğan tez xarab olur. |
Kartofu sərin, quru yerdə saxlayın, amma soyuducuda və ya günəş altında deyil. | Kökün üst hissəsin kəsin, tərəvəzləri yuyun, qurudun, sonra plastik torbaya qoyun və soyuducuda saxlayın. |