ACSA Abu Dabidə
Assosiasiyamız, SIAL Abu Dabi sərgisində keçiriləcək planetin ən böyük kulinariya yarışmalarından birində iştirak etmək üçün rəsmi dəvət aldı. Bu, şübhəsiz ki, təkcə assosiasiyamız üçün deyil, həm də ölkəmizin bütün kulinariya cəmiyyəti üçün böyük uğurdur. Assosiasiyamız belə vacib və çətin çempionatda iştirak etmək üçün komanda hazırlamağa başlayır.
Həm də qeyd etmək istərdim ki, assosiasiyamızın sədri olan Orxan Muxtarov, həmçinin WACS hakim seminarını keçmiş Azərbaycandakı azsaylı aşpazlardan biri, ölkəni çempionatın hakimi olaraq təmsil edəcəkdir.
Çempionat 9-11 dekabr 2019-cu il tarixində Abu Dabi Milli Sərgi Mərkəzində keçiriləcəkdir