ACSA ``Qida Biznesi Forumu``nda
Assosiasiyamız “Azərbaycan Respublikası Kiçik Və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura” tərəfindən təşkil olunan “Qida Biznesi Forumu”nda fəal iştirak etdi. Müzakirə çərçivəsində Assosiasiyasiyamızın sədr müavini Fərhad Aşurbəyli çıxış etdi. Dövlət qurumlarının nümayəndələrinə və qida istehsalçılarına müraciət edən Fərhad Aşurbəyli sıx əməkdaşlıq və kömək təklif etdi. Assosiasiyanın daxili və beynəlxalq arenada fəaliyyətindən danışan Aşurbəyli, Assosiasiyanın üzvləri olan aşpazlar, texnoloqlar və digər mətbəx mütəxəssislərinin qida istehsalçılarına məsləhət və kömək edə biləcəyini vurğuladı.