Arxangelskdə Azərbaycan gastroturizmindən danışdılar
Hər il keçirilən Margaritinskaya Yarmarkası, 19 sentyabr 2019-cu ildə Arxangelskdə, əsas mövzusu qastronomik turizm olan bir iş proqramı ilə başladı. Proqramda həm Arxangelsk və bölgələri, həm digər bölgələr və tərəfdaş ölkələrdən üç yüzdən çox şirkət iştirak etdi.
Assosiasiyamızın icraçı direktoru Fərhad Aşurbəyli qastronomiya turizmi panelində spiker kimi çıxış etdi və Azərbaycan gastroturizmi haqqında məlumat verdi.