ACSA Taste of Moscow-da Azərbaycan mətbəxinin master-klassını keçirdi
Taste of Moscow festivalı Moskvada olur və bu gün Taste festivallarının qlobal xəttində layiqli yer tutur və həm qonaqlar, həm də iştirakçılar arasında çox populyardır. Festivalda ölkəmizi ACSA-nın sədri olan aşpaz Orxan Muxtarov təmsil etdi.
Orxan Muxtarov festival iştirakçılarına Azərbaycanın zəngin milli mətbəxi, onun tərkibi və bişirmə qaydaları, habelə ölkənin qastronomik turizmin potensialı barədə məlumat verib.
Orxan Muxtarov, həmçinin milli mətbəx master-klassı keçirdi, burada yeməklərin bişirilməsinin incəliklərini və Azərbaycan mətbəxinin müxtəlifliyi haqqında danışdı.