AKMA Moskvadakı dünya sərgisində ustad dərsləri keçirdi
Moskvada Ümumdünya Qastronomiya Sərgisi keçirildi. 24-27 sentyabr tarixlərində “World Food Moscow 2019” sərgisi çərçivəsində ölkəmiz növbəti dəfə sərginin tərəfdaş ölkəsi olaraq Made in Azerbaijan milli stendini təqdim etdi.
Ziyarətçilər 400 kvadrat metrdən çox ərazidə yerləşən milli stenddə nümayiş olunan 40-dan çox Azərbaycan şirkətləri, yerli kənd təsərrüfatı və ərzaq məhsulları ilə tanış olmaq imkanı əldə etdilər. Sərgi ziyarətçilərinə təqdim olunan kataloqlar və bannerlər 4 gün ərzində ölkə daxilində yerləşdirildi.
Ayrıca, Azərbaycan Aşpazlıq Mütəxəssisləri Assosiasiyasının sədri aşpaz Orxan Muxtarov tərəfindən Azərbaycan kulinariyasından master-klasslar keçirilmişdir. Master-klasslar zamanı əsas diqqət Azərbaycan mətbəxinin müxtəlifliyi, istifadə olunan məhsullar və YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş alətlərə yönəlmişdir. Master-klassın keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Dövlət Turizm Agentliyinə minnətdarlığımızı bildiririk.